T-22 PLANTER BOX

Bioloji Funqisid

T-22 Planter Box

T-22, çox təsirli və faydalı hibrid göbələk irqidir. Çökərtən (damping-off) xəstəliyi amillərinə qarşı bitki kök ucu və kök ətrafını sürətli bir şəkildə örtərək tam bir qoruma təmin edir.

Bioloji Mübarizə
0 %

Amerika və Avropada geniş tanınan, 1999-cu ildən bəri Türkiyədə kök xəstəliklərinə qarşı ruhsatlı olan Trichoderma harzianum Rifai KRL-AG2; bitki inkişafını sürətləndirdiyi, bitki müdafiə mexanizmlərini təşviq edərək bitkiləri torpaq qaynaqlı patogenlərə qarşı davamlı hala gətirdiyi və müxtəlif antibiotik birləşmələr istehsal etdiyi üçün bioloji mübarizədə üstün tutulur.

Təsiredici Maddə: Trichoderma harzianum Rifai KRL-AG2 Formulyasiya Forması: İslana Bilən Toz (WP)

T-22 PLANTER BOX-ın Üstünlükləri

  • Şitil (Fide) dövründə bitki ölümlərinə səbəb olan kök xəstəliklərinə qarşı 90 gün qoruma təmin edir.
  • Orqanik və qeyri-orqanik mühitlərdə inkişaf edə bilər.
  • Şitillik/tinglik və istixanalarda bitki itkilərini azaldır.
  • Kimyəvilərin yaratdığı təzyiqi aradan qaldıraraq bitki inkişafını təşviq edir.
  • Kimyəvi funqisidlərin istifadəsini azaldır.
  • Heç bir bitkiyə fitotoksik deyildir. Qalıq buraxmır.
  • Kimyəvilər ilə birlikdə tətbiq edilə bilər.
  • Yığım ilə son dərmanlama arasındakı müddət (karenz) sıfırdır.

T-22 Təsir Mexanizmi

  • Kimyəvilərin yaratdığı təzyiqi aradan qaldıraraq bitki inkişafını təşviq edir.
  • Kimyəvi funqisid istifadəsini azaldır. Şitil dövründə bitki ölümlərinə, bitkinin kök bölgəsini təxrib edən və məhsul itkisinə səbəb olan göbələk xəstəliklərinə qarşı bitkini 10-12 həftə boyunca qoruyur.
  • 16-24 saat ərzində bitki kökləri səthində inkişaf edərək bir qalxan (qoruyucu təbəqə) yaradır.
  • Patojenlərin hüceyrə divarlarını həll edən (parçalayan) fermentlər (kitinaz, qlükanaz tərkibli) ilə kök səthinə qədər çata bilən zərərli patogen miselilərinin içinə girir və patogenin birbaşa ölümünü təmin edir. Ölü orqanizmlər ilə qidalanır. (Antibioz və hiperparazitizm).
  • Rəqabət mühiti yaradır və patogenin yaşayış sahəsini məhdudlaşdıraraq cücərməsini əngəlləyir.

Qarışığında Tövsiyə Edilməyən Təsiredici Maddələr

Benomyl, İmazilil, Propiconazole, Tebuconazole, Triflumizole.